Argentina millisinin sabiq futbolçusu, 1978-ci ildə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu və bombardiri Mario Kempes həmyerlisi Lionel Messiyə məsləhət verib.
Fanat.Az xəbər verir ki, Kempes "Radio Villa Trunidad"a açıqlamasında belə deyib:
"Messinin "Barselona"ya qayıtmasının düzgün seçim olacağını düşünmürəm. O, Fransada qalmalıdır. Belədə, Leo həm fiziki, həm də psixoloji cəhətdən daha hazırlıqlı olacaq və növbəti DÇ-də oynamaq ehtimalı artacaq. PSJ-nin əsas hədəfi Çempionlar Liqasının qalibi olmaqdır və bu, Messi üçün yeganə problem ola bilər. Yəni o, Fransa çempionatında bir yeriyə-yeriyə də istədiyini edir.
Messini Fransada fitə basırlar? Argentina Qətərdəki mundialın finalında Fransanı yenibsə, səbəb aydındır. Digər tərəfdən, dünyanın ən yaxşı futbolçusunun PSJ-də son DÇ-dəki qədər yaxşı oynamadığını da düşünə bilərlər".
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat