Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşdıqca "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev barədə də müxtəlif informasiyalar yayılır. Bəziləri məhdud büdcə ilə uğurlu mövsüm keçirən komandanın çalışdırıcısının iş yerini dəyişəcəyini iddia edirsə, digərləri onun artıq "qırmızı-qaralar"ın rəhbərliyi ilə yeni anlaşmanın şərtlərini razılaşdırdığını bildirir. Mövcud vəziyyəti dəqiqləşdirmək üçün Baxşıyevin özü ilə əlaqə saxladıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Yeni müqavilə ilə bağlı hər hansı razılaşma olmayıb. Bu barədə narahat deyiləm. Hər şeyin necə olacağı mövsüm başa çatandan sonra bilinəcək. Hazırda bütün diqqətimi komandaya yönəltmişəm".
Nihat