Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda 13-cü görüş baş tutub.
Fanat.Az xəbər verir ki, qarşılaşma heç-heçə yekunlaşıb.
Hazırda hesab bərabərdir - 6,5:6,5.
Tərəflər arasında sonuncu görüş aprelin 28-də olacaq. Burada da qalib müəyyənləşməsə, aprelin 30-da tay-breyk oynanılacaq.