"İnter" "Sumqayıt"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Mikel Alvaro bu matçın iştirakçısı olmayacaq.
İspan yarımmüdafiəçi "Xəzər Lənkəran"la oyunda cəzalı duruma düşüb. 15-ci dəqiqədə qeyri-idman hərəkətinə görə "sarı" alan Mikel limiti doldurub. Bu onun mövsüm ərzində alğıdı 4-cü vərəqə olub.
Qeyd edək ki, Alvaro bundan əvvəl "Rəvan" (XX tur), "Simurq" (XXI) və "Neftçi" (XXX) ilə oyunlarda cəzalanmışdı.
Fanat.az