Milan "İnter"inin yarımmüdafiəçisi Marselo Brozoviç bu yay iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, xorvat futbolçunun xidmətində "Nyukasl" maraqlıdır və bu klub sözügedən oyunçuya görə "İnter"ə 35 milyon avro ödəməyə, üstəlik ona Milan təmsilçisində qazandığından daha yüksək maaş verməyə hazırdır.
Qeyd edək ki, 30 yaşlı Brozoviçin 8 ildən artıqdır ki, formasını geyindiyi "İnter"lə olan müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat