"Lokomotiv"in və Rusiya millisinin forvardı Artyom Dzyuba Premyer Liqanın son turunda "Ximki" ilə qarşılaşmada (5:1) dubla imza atıb.
Fanat.Az "Çhampionat"a istinadən xəbər verir ki, o, Rusiya çempionatında 31-ci komandanın qapısına qol vurub.
Bu, RPL-in rekordudur.
Dzyuba 30 fərqli komandaya qol vuran üç oyunçunu - Dmitri Kiriçenko, Dmitri Loskov və İqor Semşovu qabaqlayıb.
Təcrübəli forvard ən çox "Dinamo" və "Krasnodar"a - hərəsinə 14 qol vurub. O, 12 dəfə “Ural”ı məyus edib.
Mirağa