“Qarabağ”ın hücumçusu Musa Qurbanlı “Formula 1” pilotu, “Red Bull” komandasının üzvü Maks Ferstappenlə görüşüb.
Fanat.Az xəbər verir ki, gənc forvard bununla bağlı "Instagram" səhifəsində paylaşım edib.
O, Ferstappenlə fotosunu paylaşımına belə yazıb: “Çempionla görüşmək və söhbət etmək gözəl idi”.
Qeyd edək ki, niderlandlı pilot “Formula 1” yarışlarında iki dəfə dünya çempionu adını qazanıb.