"Mançester Siti" "Real Madrid"in futbolçusu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, söhbət müdafiəçi Ferlan Mendidən gedir.
Məlumatı "Fichajes" yayıb. Xəbərə görə, "şəhərlilər" keçidi bu yay həyata keçirməyi planlaşdırır.
"Mançester Siti" 27 yaşlı fransalı futbolçunu Joau Kanselə əvəzedici olaraq görür. "Real Madrid" də Mendini satmaq məsələsinə isti baxır.
Qeyd edək ki, Ferlan 2019-cu ildən kral klubunun şərəfini qoruyur. 88 oyunda meydana çıxan müdafiəçi 4 qola imza atıb.
Röya