23:05 01.05.2023 541

Rəşad Sadıqov: “Bunun bir açıqlaması olsa, çox yaxşı olardı”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 32-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunu şərh eləmək çox çətindir. Bu gün qələbəyə köklənmişdik. Lakin matçın startı bizim üçün yaxşı alınmadı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Birinci hissədə böyük üstünlüyə malik idik. Xeyli qol şanslarımız oldu. Amma təəssüflər olsun ki, üstünlüyümüzü nəticədə əks etdirə bilmədik. Birinci hissədə də, fasilədə də futbolçular çox gərgin idilər. Çalışırdıq ki, maksimum dərəcədə onları sakitləşdirək, ikinci hissəyə kökləyək. Amma ikinci hissə də eyni cür başladı. Vurulan qol, sayılmayan qol, qarışıq vəziyyətlər və s. Nəticədə ardıcıl 2 qol gördük qapımızda. Halbuki, oyunun gedişatı başqa cür də ola bilərdi. Rəqib bu gün nə zərbə endirdisə, hamısı qol oldu. Bilmirəm, bu, mənim məşqçi taleyimdir, ya komandanın qisməti, amma bu il belədir. Çox çalışırıq, cəhd edirik, amma alınmır. Bu mövsüm çox şanssızlıqlar yaşayırıq.

Oyundan əvvəl meydana buraxmağa cinah müdafiəçisi tapa bilmirdik. Qismət Alıyev və Sərtan Taşkın cəzalı idi, Donald Geryə zədəlidir. Slavik Alxasov isə zəhərlənmişdi. Bu gün ondan cəmi 15 dəqiqə istifadə edə bildik. Məğlubiyyətlə barışıb, önümüzə baxmalıyıq. Qarşıda bizi daha 4 tur gözləyir”.

Sadıqov 4-cü pillədəki “Qəbələ”dən 6 xal geri düşmələrinin belə şərh edib: “Onsuz da bundan əvvəlki turda baş verən hadisələrdə böyük işarələr var idi. Biz 94-cü dəqiqədə 100-də 100 qol epizodundan yararlana bilmədik. “Qəbələ”nin isə 94-cü dəqiqədə qapısına endirilən zərbə dirəkdən qayıtdı. Komanda sona 3 saniyə qalmış qələbə qolu vurdu. Adətən bu cür hallar basketbolda olur ki, sona 2-3 saniyə qalmış fərqlənirsən. Bu cür məqamlar futbolçularda da basqı yaratmışdı. Bu tur “Qəbələ” ilə xal fərqini azaltmaq istəyirdik, lakin alınmadı, əksinə, xal fərqi 6-ya çatdı. Yenə deyirəm, bu mövsüm ciddi şanssızlıq yaşayırıq. Yəqin ki, bunun səbəbləri var və onları axtarış tapmalıyıq”.

“Zirə”ni çalışdırıcı ilk hissədə Rəhim Sadıqovun vurduğu qolun hesaba alınmamasının səbəbini bilmədiyini söyləyib: “Qolun hesaba alınmamasını başa düşə bilmədim. Xətdə baxdım, diaqonal qoymuşdular. Anlaya bilmədim. Bunun bir açıqlaması olsa, çox yaxşı olardı. Əminəm ki, eyni epizod qapımızda yaşansaydı, qol hesaba alınacaqdı. Yaxud birinci penaltidə hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə vaxt getdi. Nə bilim... “Neftçi” ilə kubok oyunumuzda da Keyta 8 dəqiqə əlində topla gəzdi. Bu qədər VAR-a baxmazlar axı. 7-8 dəqiqə VAR-a baxmaq olar? Qolumuzun hesaba alınmamasını həqiqətən də anlaya bilmədim. Mənə elə gəldi ki, qol idi”.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X