"Barselona"nın baş məşqçisi Xavi dünyanın ən yaxşı komandasının adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" onun fikirlərini belə təqdim edib:
“Mənim üçün "Mançester Siti" hazırda dünyanın ən yaxşı komandasıdır. Onlar çox yaxşı oynayırlar və dünyanın ən yaxşı məşqçisinə sahibdirlər.
Əgər onlar trebl qazansalar, bu, tamamilə ədalətli olar”.
Qeyd edək ki, "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasında liderdir. "Şəhərlilər" İngiltərə kubokunun finalında "Mançester Yunayted"lə qarşılaşacaq. Çempionlar Liqasında isə Pep Qvardiolanın komandası yarımfinalda "Real Madrid"lə qarşılaşacaq.
Mirağa