Növbəti mövsüm İtaliya A Seriyasında çıxış edəcək klublardan biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, B Seriyasının 35-ci turunda "Reccina"nı 3:1 hesabı ilə məğlub edən "Frozinone" iki vəsiqədən birini rəsmiləşdirib.
Zirvədə möhkəmlənən sözügedən kollektiv sona 3 tur qalmış 3-cü yerdə qərarlaşan "Bari" üçün əlçatmaz olub.
"Frozinone" indiyə qədər yüksək liqada cəmi iki mövsüm oynayıb - 2015/2016 və 2018/2019.
Mirağa