"Real Madrid" ulduz forvardı Kərim Benzemaya əvəzedici axtarır.
Fanat.Az-ın xəbərinə görə, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti məlumat verib.
İtaliyalı mütəxəssis gələn mövsüm "9"cu oyunçu mövqeyinə yeni futbolçu alacaqlarını bildirib. Belə ki, Benzemanın artıq 35 yaşı var və komandada onu əvəzedəcək hücumçu olmalıdır.
Qeyd edək ki, cari mövsüm 37 oyunda meydana çıxan fransalı futbolçu 29 qola imza atıb.
Röya