"Bayern Münhen"in və Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus Münhen təmsilçisinin hücumçusu Tomas Müllerin komandadakı durumunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Germany" onun dediklərini belə çatdırıb:
"Artıq Müllerin yerini Musiala tutub. Bu, Mister Bayern üçün çox çətin dönəmdir. İndiki heyətdə heç kim Müller qədər "Bayern" ruhu daşımır. Ancaq Tomas Tuxel onu start "11-lik"də görmür. Yeni mövsümdə bu yöndə vəziyyətin dəyişəcəyinə inanmıram. Görünən budur ki, Müller artıq komandadan ayrılmaq variantlarını diqqətlə nəzərdən keçirməlidir. Ola bilsin ki, bu, azarkeşlərin xoşuna gəlməyəcək. Çünki söhbət komandanın rəmzindən gedir".
Nihat