"Real Madrid" Almaniyada Bundesliqasından hücumçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Bayer Leverkuzen"in forvardı Mussa Diabidən gedir.
Məlumatı "Fichajes" yayıb. Xəbərə görə, kral klubu transferi yayda reallaşdırmağı planlaşdırır.
Diabi cari mövsüm Avropada çıxış edən ən yaşı vingerlərdən olub. O, 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Belə bir futbolçunu heyətinə cəlb etmək "Real Madrid" üçün asan olmayacaq. Belə ki, Diabi PSJ və "Mançester Yunayted"in də hədəfindədir.
Röya