"Yuventus" rəhbərliyi azarkeşlərin narazılığı da nəzərə alaraq baş məşqçi Massimiliano Alleqrinin bu yay postundan uzaqlaşdırılması düşünür.
Fanat.Az xəbər verir ki, informasiyanı "90min" yayıb.
Xəbərə görə, Alleqri indiki işini tərk etsə belə, Turin klubunda qala bilər. Belə ki, "qoca sinyora"nın bossları ona idman direktoru vəzifəsini təklif etməyi planlaşdırır.
Qeyd edək ki, 32 tura 60 xal toplayan "Yuve" hazırda A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Pandemiya dönəmindəki maliyyə fırıldağı sübuta yetiriləcəyi halda, Turin klubunun 15 xalı silinə bilər.
Nihat