"Barselona"nın müdafiəçisi Samuel Umtiti komandasına geri qayıdır.
Fanat.Az xəbər verir ki, hazırda icarə əsasında "Leççe"də çıxış edən futbolçu Kataloniyaya geri dönəcək.
"Barselona" 29 yaşlı fransalı müdafiəçinin trasferindən xeyir qazanmaq istəyir. Klub rəhbərliyi Umtitini daha yüksək məbləğə başqa kluba sataraq maliyyə problemlərini həll etmək niyyətindədir.
Qeyd edək ki, Umtiti 2016-ci ildə "Barselona"ya keçib. 2022-ci ildə isə isaər əsasında "Leççe"yə göndərilib.
Röya