Bədii gimnastika üzrə Azərbaycan yığması Avropa ev çempionatı öncəsi son yarışa çıxacaq.
Fanat.Az xəbər verir ki, mayın 5-dən 7-dək Portuqaliyada Dünya Kuboku keçiriləcək. Orada ölkəmiz fərdi yarışda Zöhrə Ağamirova və Alina Gözəlova ilə yanaşı, qrup hərəkətləri yarışlarında da təmsil olunacaq. Qrupa Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzan daxildir.
Xatırladaq ki, qrup Bakıda keçirilən dünya çempionatında iki bürünc medal qazanıb. Avropa çempionatı mayın 17-21-də Bakıda keçiriləcək.