"Milan" "Qalatasaray"ın vingeri Nikolo Zanyolo ilə ciddi maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Mənbənin məlumatına görə, İtaliya nəhəngi cinah oyunçusunu hələ qışda geri qaytarmaq istəsə də, razılaşmaq mümkün olmayıb və o, "Qalatasaray"a yollanıb.
Milanlılar növbəti mövsüm Çempionlar Liqasına düşsələr, 23 yaşlı futbolçunun keçidini həll etməyə çalışacaq.
Zanyolonun müqaviləsindəki sərbəst qalma məbləği 35 milyon avrodur.
Mirağa