17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Farer adaları yığması ilə qarşılaşan Azərbaycan millisi 4:2 hesabı ilə qələbə qazanıb. Komandanın qollarını 50 və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurub.
Milli növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək. Oyun saat 19:00-da başlayacaq.