Braziliyalı keçmiş MMA döyüşçüsü Felipe Kolares faciəli şəkildə vəfat edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Globoesporte" yayıb.
29 yaşlı idmançını Rio-de-Janeyroda, məşqdən evə qayıdarkən avtobus vurub.
Komares 2019-2022-ci illərdə UFC-də yarışıb. Orada altı döyüş keçirib və 2 qələbə qazanıb. Ümumilikdə Felipe MMA-da 15 döyüş keçirib, on birində qalib gəlib, dördündə isə məğlub olub.
Mirağa