"Real Madrid" "Real Sosyedad"a uduzandan sonra "Barselona"nın çempionluğa aparan yolu bir qədər də hamarlaşıb.
Fanat.Az xəbər verir ki, indi 33 tura 82 xal toplayan Kataloniya təmsilçisinə La Liqanın qalibi olmaq üçün cəmi 2 xal bəs edəcək.
Belə ki, əzəli rəqiblər bundan sonra hərəyə 5 oyun keçirəcəklər. 68 xalı olan "Real" bütün qarşılaşmaları qazanacağı halda, 83 xal toplaya biləcək. Bu isə o deməkdir ki, "Barselona" növbəti turda "Espanyol"u səfərdə yenərək istəyinə çata bilər.
Nihat