"Mançester Siti"nin hücumçusu Erlinq Holand şəxsi "Twitter" hesabında İngiltərə Premyer Liqasında qol rekordunu qırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, cari mövsüm 35-ci qoluna imza ataraq indiyədək heç bir futbolçunun bacarmadığını edən norveçli belə yazıb:
"Premyer Liqada 35 qol! Hamıya dəstəyə görə təşəkkürümü bildirirəm. Sizsiz belə olmazdı. Biz bununla kifayətlənməyəcəyik".
Nihat