Rusiyanın "Zenit" klubunun yarımmüdafiəçisi Vilmar Barrios karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS Türkiye" yayıb.
Xəbərə görə, dayaq yarımmüdafiəçisi mövqeyini möhkəmləndirməyi qarşısına məqsəd qoyan "Beşiktaş"ın əsas transfer hədəfi Barriosdur. Mənbə keçidin bu yay baş tuta biləcəyini vurğulayıb.
Qeyd edək ki, 29 yaşlı Barrios 2019-cu ildən "Zenit"in formasını geyinir.
Nihat