Mövsümün sonu yaxınlaşdıqca "Qarabağ"ın potensial transfer hədəfləri barədə müxtəlif məlumatlar yayılır.
Adı Ağdam təmsilçisi ilə yanaşı çəkilən forvardlardan biri də "Trabzonspor"un hücumçusu Benqali-Fode Koytadır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qvineya millisində 4 oyun keçirmiş 32 yaşlı Koyta ağdamlıların transfer siyahısında deyil.
Bu, sadəcə menecerlərin bilərəkdən mətbuata sızdırdığı informasiyadır və son vaxtlar əvvəlki formasından çox uzaq düşən hücumçunun özünə yeni iş yeri tapmasına hesablanıb.
Qeyd edək ki, "Trabzonspor" Benqali-Fodedən qurtulmağın yollarını arayır. 2016-2021-ci illər aralığında "Kasımpaşa"da adından söz etdirən oyunçu böyük ümidlərlə transfer olunduğu Trabzon təmsilçisində heç nə ilə yadda qala bilməyib. O, bu komandada 18 oyunda forma geyindiyi halda, qol hesabını açmayıb və ötən il "Kasımpaşa"ya icarəyə verilib. Lakin İstanbul təmsilçisinin heyətində oyun keçirmək şansı qazanmayıb.
Nihat