Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Kəpəz” “Sabah”la qarşılaşıb. Məlum səbəblərdən Qəbələ şəhər stadionunda keçirilən oyun qonaq komandanın qələbəsiylə yekunlaşıb. "Sabah" 3 xalı 3 cavabsız qolla qazanıb.
Bu turun “Şamaxı” – “Zirə” (6 may), “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail” (7 may) və “Qarabağ”– “Qəbələ” (8 may) oyunları qarşıdakı günlərdə keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXXIII tur
5 may
“Kəpəz” – “Sabah” 0:3
Qollar: Aleksey Kaşuk, 4, Emmanuel Apeh, 16, Davit Volkov, 83.
"Kəpəz": 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov
"Sabah": 94. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Məşqçi: Artur Olenin
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu, 18:00.