"Napoli"nin baş məşqçisi Luçano Spalletti rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis buna "Napoli"ni çempion edərək nail olub.
Belə ki, yanvarın 4-də "Udineze" ilə bərabərə qalaraq (1:1) çempionluğunu rəsmiləşdirən neapolluların çalışdırıcısı A Seriyasının qalibi olmuş ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Spalletti çempionluq sevincini 64 yaş 58 günlüyündə yaşayıb.
Qeyd edək ki, sona 5 tur qalmış "Napoli"ni hədəfinə çatdıran çalışdırıcı daha öncə Rusiyanın "Zenit" klubuna da 2 Rusiya çempionluğu qazandırıb.
Nihat