FIDE rəhbəri Arkadi Dvorkoviç Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla yoldaşlıq görüşü keçirib.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Bakı Kristal Zalında baş tutan partiya heç-heçə yekunlaşıb.
FIDE prezidenti “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının keçirildiyi məkanda yaradılan şəraiti də yüksək qiymətləndirib. AŞF rəhbəri yarışla bağlı qonağa məlumat verib.
Qeyd edək ki, bu gün “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi olacaq.