Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti görüşü keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarımfinalın ikinci günündə NTD və "Gəncə" komandaları qarşılaşacaq.
19:30. NTD - "Gəncə"
Növbəti günlərdə digər yarımfinal görüşləri baş tutacaq.
9 may
19:30. "AAAF Xırdalan" - "Sabah"
10 may
15:00. "Gəncə" - NTD
Qeyd edək ki, daha əvvəl "Sabah" və "AAAF Xırdalan" komandaları ilk yarımfinal matçını keçirib (86:71). Komandalar iki qələbəyə qədər oynayacaq.