“Zirə” baş məşqçisi Rəşad Sadıqovla müqavilənin müddətini uzadıb.
Fanat.az xəbər verir ki, bu barədə sözügedən mütəxəssis özü məlumat verib.
O, Premyer Liqanın 33-cü turu çərçivəsində baş tutan “Şamaxı” ilə səfər oyunundan sonra baş tutan mətbuat konfransında bildirib ki, “Zirə”də qalacaq.
Müqaviləsini yeniləyən mütəxəssis komandanın avrokuboka gedib-getməməsindən asılı olmayaraq, indiki işini davam etdirəcək. Dünən rəhbərliklə baş məşqçi arasında görüş olub və tərəflər əməkdaşlığı davam etdirməyə qərar veriblər.
Mirağa