"Çelsi" İtaliya "İnter"inin qapıçısı Andre Onanı transfer etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Transfer News" öz "Twitter" hesabı vasitəsilə yayıb.
Mənbənin məlumatına görə, tərəflər artıq danışıqlara başlayıb. İngilislər qarşı tərəfə 40 milyon funt sterlinq təklif edir.
"Barselona"nın yetirməsi olan və yaydan bəri Milan klubunda çıxış edən Onana A seriyasında 21 oyun keçirib, 19 qol buraxıb.
Mirağa