18:39 07.05.2023 388

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” - Ayxan Abbasov

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 33-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Gözəl qələbə alındı. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Qələbəni komandanın dar günündə arxasında dayanan azarkeşlərə hədiyyə edirik. Vacib qələbə idi. "Neftçi"yə qalib gəlmək xoşdur. Yolumuza davam edirik. Evdə qalib gəlməyimiz daha vacib idi. Çünki çoxdandır ki, çempionat matçlarında evdə qazanmırdıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları yerinə yetirməyə çalışdılar. Həm oyun, həm də nəticə bizi qane etdi.

"Neftçi" kubok matçındakı kimi oynamadı. Bəlkə də, biz finala vəsiqə qazansaydıq, oyunlarımız ağır keçərdi. Futbolçularımda "Neftçi"ni udmaq istəyi daha çox idi. Azarkeşlərimizin qarşısında qalib gəlmək istəyirdik. Bu iki komandanın oyunları həmişə maraqlı və gərgin keçib. Futbolçularımızın hücumda belə aktiv olması, hücumçularımızın qol vurması bizi çox sevindirir. Bu, mövsümün əvvəlində istədiyimiz oyun idi. Sadəcə, vaxt lazım gəlirdi. Kubokun stressi bizə təsir etdi. Futbolçularım indi daha rahatdır.

Runi Eva həqiqətən çox artırıb. Hücumçuların çempionatımıza uyğunlaşması çətindir. Amma Runi də öz komandasını tapıb. Qol vurması bizi sevindirir. Səhv etmirəmsə, 5-6-cı turda, "Qarabağ"la oyundan sonra mənə sual vermişdilər ki "Runini nəyə gətirmisiz?". Onda 4-5 qolu var idi. Bu sual mənə qəribə gəlmişdi. Runinin bu gün 15 qolu var. Təbii ki, təklifləri olacaq. O da peşəkardır, qərar verməlidir. Biz də istəyirik onu. İnkişaf istəyiriksə, heyət qorunmalıdır, rəqabət üçün yeniləri də gəlməlidir. Runinin müqaviləsi başa çatır. Hər şeyi zaman göstərəcək. Roderik Millerin gəlməsindən sonra standartlar üstünlüyümüzə çevrilib. Ötən turda da standart vəziyyətlərdən qollar vurduq. Bu, bizi sevindirir. Rəqiblər də bizə qarşı daha ehtiyatlı hazırlaşacaq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X