AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında ölkə çempionatının XXXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"İnter"in futbolçusu Fuad Bayramov "Xəzər Lənkəran"la oyunun 44-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 100 manat cərimə olunub. "Xəzər Lənkəran" bu oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib. "Sumqayıt" isə "Bakı" ilə matçda 4 oyunçusuna sarı vərəqə göstərildiyi üçün eyni məbləğdə ziyana düşüb.
Fanat.az