PSJ-nin yarımmüdafiəçisi Marko Verratti yayda klubu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
30 yaşlı italiyalı futbolçu uzunmüddətli müqaviləsi olmasına baxmayaraq komandada qalmaq niyyətində deyil.
O, İtaliyaya qayıtmaq və ya Səudiyyət Ərəbistanı klublarından gələcək təklifi dəyərləndirmək fikrindədir.
Qeyd edək ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edir. 262 oyunda iştirak edən futbolçu 7 qola imza atıb.
Röya