İsveçrəli yarımmüdafiəçi Qranit Caka bu mövsümün sonunda London "Arsenal"ını tərk etməyi planlaşdırır.
Fanat.Az xəbər verir, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin iddasına görə, 30 yaşlı yarımmüdafiəçi karyerasını Almaniya Bundesliqasında davam etdirmək variantını nəzərdən keçirir. Qranitə "Bayer Leverkuzen"dən təklif var. "Topçular"ın baş məşqçisi Mikel Arteta da Cakanın keçidinə qarşı deyil.
İsveçrəli 2016-cı ildən "Arsenal"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.
Qranit Caka bu mövsüm 44 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa