Seneqallı hücumçu Sadio Mane bu yay "Bayern Münhen"i tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Pedro Almeyda şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Məlumata görə, ötən həftə "Çelsi"nin nümayəndələri Münhendə olub və Manenin transferini Almaniya nəhənginin təmsilçiləri ilə müzakirə ediblər. Mənbə ilkin danışıqların müsbət məcrada başa çatdığını vurğulayıb və keçidin reallaşmaq ehtimalını yüksək dəyərləndirib.
Qeyd edək ki, daha öncə "Bayern"də ilk mövsümünü keçirən Sadio komanda yoldaşı Leroy Zaneni vurduğu üçün cəzalandırılmışdı.
Nihat