Növbəti mövsümdən Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasına kimin rəhbərlik edə biləcəyi məlum olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Mənbənin məlumatına görə, baş məşqçi postuna Leonardu Jardim gətiriləcək.
"Əl Nəsr" iki səbəbə görə 48 yaşlı portuqaliyalı mütəxəssisin təyinatı üzərində dayanıb. Əvvəla, onun komandanın əsas ulduzu Kriştianu Ronaldu ilə yaxşı münasibəti var. Bundan başqa, Jardimin Səudiyyə Ərəbistanında iş təcrübəsi var. O, 2021-2022-ci illərdə "Əl Hilal"ı çalışdırıb.
Leonardu Jardim hazırda Birləşmiş Ərəb Əmirliklərində, bu mövsüm çempionluq əldə etdiyi "Şabab Əl Əhli"ni çalışdırır.
Mirağa