“İnanıram ki, yaxın vaxtlarda pullarımız veriləcək. Bunun üçün qələbə qazanmaq, “Bakı” camiəsini sevindirmək lazımdı”. Fanat.az xəbər verir ki, bu sözləri son 3 ayda maaş almayan Lukaş Horvat deyib.
Klubdaxili gərginlik üzündən Avroliqaya vəsiqə şansı azalan, son turda “Sumqayıt”ı məğlub edə bilməyən “Bakı”nın legioneri “Futbol+” qəzetinə verdiyi müsahibədə maliyyə sıxıntısına da toxunub: “3-4 aydı verilmir? Xahiş edirəm bu söhbəti yığışdırın, danışmaq istəmirəm. Qarşıda “Qarabağ”la çətin oyunumuz var. Pulla bağlı mövsümün sonunda danışsaq, yaxşıdı”.
Fanat.az