"Sumqayıt"ın futbolçusu Rüfət Abdullazadə cari mövsümün sonunda komandasını dəyişə bilər.
Fanat.Az-ın məlumatına görə, "kimyaçılar"la müqaviləsinin müddəti iyunda başa çatacaq 22 yaşlı futbolçu "Sabah"ın maraq dairəsindədir.
"Sumqayıt" sözügedən oyunçu ilə müqavilə yeniləməyi planlaşdırsa da, Kamran öncə daha iddialı komandanın təklifini nəzərdən keçirməyi planlaşdırır.
Qeyd edək ki, bu mövsüm Azərbaycan Premyer Liqasında 18 oyuna çıxan Rüfət 1 qol vurub. O, peşəkar səviyyədə yalnız indiki klubunun formasını geyinib.
Nihat