Topaz Premyer Liqasında XXXIII turun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə - mayın 2-də baş tutacaq.
Tura saat 15.00-da "Bakı" - "Qarabağ" oyunu ilə start veriləcək. Bundan iki saat sonra "Neftçi" - "Qəbələ" matçı başlayacaq. "İnter" - "Sumqayıt", "Xəzər Lənkəran" - "Rəvan" və "Simurq" - AZAL qarşılaşmaları isə eyni saatda - 18.00-da start götürəcək.
2 may
Bakı - Qarabağ
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 15.00.
Neftçi - Qəbələ
“Bakcell Arena. Saat 17.00.
İnter - Sumqayıt
“Şəfa” stadionu. Saat 18.00.
Simurq - AZAL
Zaqatala şəhər stadionu. Saat 18.00.
Xəzər Lənkəran - Rəvan
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 18.00.
Fanat.az