Məşqdə ürəyi dayanan, əməliyyat olunmasına baxmayaraq, dünyasını dəyişən "Qarabağ"ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadənin xatirəsi bu həftə keçirilən bütün oyunlarda yad olunacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, mərhum futbolçunun xatirəsi AFFA bayrağı altında keçirilən bütün yarışlarda - Premyer Liqa, I Divizion və aşağı liqaların oyunlarında bir dəqiqəlik sükutla anılacaq.
Qeyd edək ki, 20 yaşlı Şirxan Həsənzadə mayın 8-i gecə vəfat edib.
Mirağa