I divizionunun XXVIII turunda yeni çempion müəyyənləşə bilər. Fanat.az xəbər verir ki, "Araz Naxçıvan"ın sona iki tur qalmış çempionluğunu elan etməsi gözlənilir.
Muxtar Respublika təmsilçisi mayın 2-də "Şəmkir"in qonağı olacaq. "Araz Naxçıvan" səfərdə heç-heçə edəcəyi halda xalını 71-ə çatdıracaq. Mayın 3-də oynayacaq "Neftçala"nın hazırda ehtiyatda 1 oyunu və aktivində 58 xalı var. Aran təmsilçisi bu 4 qarşılaşmada 12 xal qazansa belə, "Araz Naxçıvan"a çata bilməyəcək və mövsümü 70 xalla başa vuracaq.
"Araz Naxçıvan" məğlubiyyətlə də çempion ola bilər. Bunun üçün "Neftçala"nın "Kəpəz"lə ev oyununda xal itirməsi vacibdi.
Fanat.az