"Real Madrid"in xorvat yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyununu - evdə "Mançester Siti" ilə heç-heçə etdikləri (1:1) görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "BT Sport" onun dediklərini belə çatdırıb:
"Fasilədə nəyisə dəyişməli olduq. Baş məşqçimiz xahiş etdi ki, topu daha çox özümüzdə saxlayaq və üstünlüyü ələ keçirək. Bu səbəbdən Kamavinqanın üzərinə çox yük düşdü. O, tez-tez meydanın mərkəzini keçirdi və bu, işə yarayırdı. Tərəflərdən heç biri ütsün görünmədi. Məncə, yaxşı nəticəni haqq edirdik. Hərçənd səfər qarşılaşmasına da nikbin, özünəinamlı və qələbə əzmi ilə çıxacağıq. Şanlar 50-nin 50-yədir. Biz bu ügün hər şeyin həll olunmayacağına şübhə etmirdik".
Qeyd edək ki, "Mançester Siti" - "Real" oyunu mayın 17-də baş tutacaq.
Nihat