“Real Madrid” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda günündə “Mançester Siti” ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti 1:1 hesabı ilə başa çatan matçı belə dəyərləndirib:
"Maraqlı oyun oldu. İlk hissədə bizim üçün çətin oldu, amma ikinci hissədə daha yaxşı oldu. Oyuna yaxşı nəzarət edirdik. Rəqib uzun müddət topa sahib olanda müdafiəni nəzarətdə saxlayırdıq. Sonra isə topla oynamağa başlayıb onlara problem yaradırdıq.
Müdafiə hərəkətləri baxımından yaxşı idik. Rüdiger Holandın qarşısında almaqda uğurlu oldu. Meydanın mərkəzində də hər şeyi nəzarətdə saxladıq. Yaxşı oynadıq, buna görə də xoşbəxtik. Növbəti oyun üçün yaxşı əhval-ruhiyyədəyik. Təəssüratlarımız yaxşıdır. Döyüşdük, mübarizə apardıq. Hətta qələbəyə layiq idik.
Bəzən buna layiq olsanız belə, qələbə qazanmaq çətin olur. Amma yaxşı oynadıq, razı qaldım. Qol buraxdıqdan sonra da yaxşı oynadıq və təhlükəli vəziyyətlər yaratdıq. Bu isə cavab oyunundan əvvəl bizdə özünəinam yaradacaq".
Qeyd edək ki, digər yarımfinal görüşü bu gün İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında baş tutacaq. Yarımfinalın cavab oyunları isə mayın 16-17-də keçiriləcək.
Röya