"İnter"in baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində əzəli rəqibləri "Milan"a qarşı keçirəcəkləri matç ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, sözügedən mütəxəssis fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Bizim hücumçularımız yenə qolları sıralayırlar. Ancaq mən bunadək sakit olmuşam və indi də sakitliyi qoruyuram. Qol epizodları yarada bilməsəydik, həyəcanlanardım. Hə, hücumçularımız belə oynamağa davam etməlidirlər.
Biz "Barselona" və "Bayern Münhen"in yer aldığı qrupdan çıxmışıq. Böyük təcrübə qazanmışıq. Bütühn qarşılaşmaların çox çətin olduğunu anlayırıq. "Portu" və "Benfika"nın timsalında daha iki rəqiblə ağır görüşlər keçirirək onları mübarizədən kənarlaşdırdıq. İndi qarşıda biri də var".
Qeyd edək ki, "Milan" - "İnter" qarşılaşması bu gün keçiriləcək.
Nihat