"Qarabağ"ın bu qış böyük ümidlərlə heyətinə qatdığı Yassin Benziya yenidən sıradan çıxıb.
Fanat.Az-ın məlumatına görə, əlcəzairli yarımmüdafiəçi üçün mövsüm erkən başa çatıb.
Klubun sözçüsü Gündüz Abbaszadə bu barədə saytımıza danışıb: "Bəli, təəssüf ki, Benziya yenidən zədələnib. Onun üçün cari mövsüm böyük ehtimalla, başa çatıb".
Qeyd edək ki, bu qış heyətə qatılan Benziya Azərbaycan Premyer Liqasında 3, Konfrans Liqasında isə 2 oyuna çıxıb. Sözügedən oyunçu ümumilikdə forma geyindiyi 5 qarşılaşmada məhsuldar göstəricilərlə diqqət çəkməyib.
Nihat