"Barselona"nın müdafiəçisi Jordi Alba cari mövsümün sonunda komandanı tərk edəcəyi dəqiqləşən Serxio Busketslə vidalaşıb.
Fanat.Az xəbər verir ki, Alba şəxsi "Twitter" hesabı üzərindən duyğusal paylaşım edib:
"Dostum, bir yerdə yaşadıqlarımız bu qədər şeydən sonra sənə bilmədiyin nə yazım? "Barselona" tarixində silinməz iz qoyaraq öz evini tərk edirsən. Çoxsaylı titulların qazanılmasında xüsusi rol oynamısan, bu forma ilə 700-dən çox oyun keçirmisən. Biz hər zaman uğur gecələrini xatırlayacağıq. Səninlə eyni meydanda oynadığım üçün çox qürurluyam. Bəxtim gətirib ki, sənin kimi dostum var. Mən və ailəm səni çox sevirik. Sənə hər şeyin ən yaxşısını arzulayırıq. Hər şeyə görə çox sağ ol, Serxio!"
Nihat