Əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva bu gün “Turan-T”nin qonağı olub. Fanat.az xəbər verir ki, Tovuzda işgüzar səfərdə olan deputat şəhər stadionuna TRT-nin Bakı təmsilçiləri ilə birlikdə yollanıb.
Komandanın vəziyyəti ilə maraqlanan Paşayeva futbolçularla tək tək söhbət edib, prezident Namiq Məstanovla klubun inkişafı üçün fikir mübadiləsi aparıblar. TRT bu görüşdən geniş reportaj hazırlayıb. Sonda qonaqlarla klub rəsmiləri çay süfrəsi arxasında söhbət ediblər.
Fanat.az