Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Yuventus" - "Sevilya" oyunu (1:1) turinlilərin müdafiəçisi Leonardo Bonuççi üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, kapitan "qoca sinyora"nın forması ilə 500-cü matçına çıxıb.
Bu münasibətlə Bonuççiyə üzərinə "500" yazılmış rəmzi forma hədiyyə edilib.
Qeyd edək ki, sözügedən futbolçu indiyədək "Yuventus"da 37 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. 8 dəfə İtaliya çempionluğunu bayram edən Leonardo 3 dəfə İtaliya Kubokunu, 5 dəfə Superkubokunu qazanıb.
Nihat