Fransa millisinin sabiq hücumçusu Tyerri Anri futbolun mükəmməlləşdirilməsi üçün 5 ideya təklif edib.
Fanat.Az-ın məlumatına görə, onun ideyalarını ictimaiyyətə "Marca" nəşri çatdırıb:
1. Hakimlər oyundan sonra mətbuatla danışsınlar. Səhvlərini dəyərləndirsinlər və ya bu matçı necə yaxşı idarə etdikləri barədə fikirlərini bölüşsünlər.
2. Kimsə oynamaq istəməyəndə, vaxtı uzadanda, topu qəsdən kənara vuranda hakim 25 metrlik məsafədən cərimə zərbəsi təyin etsin və topun istənilən nöqtəyə qoyulmasına şərait yaratsın.
3. Hücum edən tərəf mükafatlandırılsın. 3 topdan az vurmayan komandaya yekun nəticədən asılı olmayaraq əlavə xal verilsin.
4. İdman direktorları potensial yeni futbolçularla şəxsən görüşsünlər və tanış olsunlar.
5. Əlavə müvəqqəti əvəzləməyə icazə verilsin. Bu əvəzləmədən oyunçuların hansınasa tibbi yardım göstərilən zaman istifadə olunsun.
Xatırladaq ki, Anri "Monako" və "Monreal"ın baş məşqçisi qimində fəaliyyət göstərib. Eləcə də Belçika millisində məşqçi köməkçisi olub.
Nihat