Mayın 13-də Bakıda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa bilet satışı davam edir.
Fanat.Az xəbər verir ki, artıq 25 min bilet satılıb. Saytımıza məlumatı klubun mətbuat katibi Elnur Həmidov bildirib.
O, qeyd edib ki, satılan biletlərin əksəriyyəti 5, 10, 15 manata olanlardır.
Qeyd edək ki, biletləri iticket.az saytından və “Iticket.az”-ın satış məntəqələrindən, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa saat 18:00-da start veriləcək.
Röya